Azərbaycanın ən böyük şirkətlərindən biri məhkəməyə verildi
18 may 2021 18:42 (UTC +04:00)

Azərbaycanın ən böyük şirkətlərindən biri məhkəməyə verildi

"West Produkt MARKETİNQ”  Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.

Lent.az-ın məlumatına görə, gömrük yoxlamaları zamanı şirkətə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci  Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsilə protokol tərtib olunub. Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Elməddin Hüseynovun icraatına verilib.

Xatırladaq ki, şirkət Azərbaycanda məşhur yağ və süd məhsulları satışı ilə məşğuldur. Yeni Zelandiya, Almaniya, Ukrayna kimi ölkələrin Azərbaycandakı rəsmi nümayəndəsidir. Tərtib olunan maddəyə görə şirkəti 1500 manat cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2325
avatar

Mehman Nəbiyev

Oxşar yazılar