AZAL-ın təyyarəsində PROBLEM:  Bakı-Moskva reysi gecikir
15 avqust 2022 10:05 (UTC +04:00)

AZAL-ın təyyarəsində PROBLEM: Bakı-Moskva reysi gecikir

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.

Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.

# 1503
avatar

Fidan İlqar

Oxşar yazılar