(R)  All.Biz ABŞ-da fəaliyyətə başladı
09 mart 2012 10:00 (UTC +04:00)

(R) All.Biz ABŞ-da fəaliyyətə başladı

Azərbaycanda aktiv fəaliyyət göstərən beynəlxalq All Biz holdinqi dünya miqyasında genişlənərək Cənub-Şərqi Asiya və Qərbi Avropa bazarlarına çıxmağı planlaşdırır. Bu barədə “Forbes Ukrayna” jurnalının yeni avqust nömrəsində (№8 (18) dərc olunan “Beynəlxalq vasitəçi” adlı məqalədə məlumat verilib.

“All.Biz iyulda ABŞ-da öz ofisini açdı. Yaxın gələcəkdə Vyetnam, Malayziya, Filippin, İndoneziyada işə başlamaq, Hindistan və Çində əlavə ofislər açmaq nəzərdə tutulub. Gözlənilir ki, holdinqin beynəlxalq ekspansiyasının yekun mərhələsi Qərbi Avropa ölkələrinə çıxış olacaq” - deyə məqalədə qeyd olunur.

“All.Biz biznes üçün ticarət meydanıdır və 15 milyon mal əldə etmək imkanı verir. Hər gün bu resursa dünyanın müxtəlif ölkələrində 700 000 istifadəçi baş çəkir. Şəxsi saytlar kiçik və orta biznesi bu cür geniş auditoriya ilə təmin etmək iqtidarında deyil, ona görə də bir çox şirkətlər All.Biz-in axtarış nəticələrindəki ilk yerlər üçün böyük həvəslə ödənişlər edirlər” deyə məqalə müəllifi qeyd edir.

Jurnalın yazdığına görə, artıq indi All.Biz-in illik auditoriyası (245 mln.) “Odnoklassniki” sosial şəbəkəsinin auditoriyasından çoxdur. Hazırda dünyanın 20 ölkəsində şirkətin 39 ofisi fəaliyyət göstərir. All.Biz-in yaradıcısı İvan Zakrevski “Forbes Ukrayna”ya verdiyi müsahibəsində auditdən asanlıqla keçən strukturun yaradıldığını qeyd edib.

All.Biz-ə oxşar servislər demək olar ki, hər bir ölkədə var. Onlardan bəziləri başqa ölkələrdə də öz filiallarını açırlar. Jurnalda daha sonra qeyd olunur: “Zakrevskinin layihəsinin unikallığı ondadır ki, o əvvəlcədən qlobal əhatəyə istiqamətlənsə də, yerli spesifikliyi də nəzərə alır: resurs 26 dildədir və 67 milli bazarla çalışır”.

All.Biz-də 900 mindən atıq şirkətin səhifəsi, 15 mln.-dan atıq mal və xidmət yerləşdirilib. Müəssisənin qeydiyyatı pulsuzdur, ödənişli abunə isə əlavə imkanlardan yararlanmaq fürsəti verir. İllik qeydiyyat paketi (marketinq proqramı) 300 manatdan 3000 manata qədərdir. Paketin dəyəri mal təkliflərinin artan sayına görə qalxır.

İvan Zakrevski əmindir ki, dil problemi gələcəkdə də aktual qalacaq. “Hamı deyir ki, ingilis dilini bilir. Ancaq heç kəs “sol külbəli sağvintli turbin” sözünü düzgün tərcümə edə bilmir” deyə All.Biz-in rəhbəri gülümsəyir.

All.Biz şirkətinin Azərbaycan ofisi 2012-ci ildə Bakı şəhərində açılıb. Şirkət dünyanın 20 ölkəsində öz ofisini açıb, gələn il isə daha 4 ölkədə ofislərin açılması gözlənilir.

Google Ad Planner-in reytinqinə görə, unikal istifadəçilərinin sayına əsasən bu resurs “Dünyada ən çox baxılan 500 sayt” siyahısına daxildir.
# 780

Oxşar yazılar