“Tac” kafesində qazdan qeyri-qanuni istifadə aşkarlandı
“Azəriqaz” İstehsalat Birliyi təbii qazın dəqiq uçotunun aparılması və qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hələ də bəzi fiziki və hüquqi şəxslər tərəfindən təbii qazdan sayğacdankənar, qeydiyyatsız istifadəyə cəhd göstərilməsi halları ilə əlaqədar Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə riayət olunmasına nəzarət məqsədilə mütəmadi olaraq reydlər keçirilir.
Növbəti reyd bu günlərdə Bakının Binəqədi rayonu ərazisində olub. Reyd zamanı rayonun təkcə bir yaşayış massivində təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı 50-dən artıq fakt aşkarlanıb. “Vulkan qəsəbəsi” adlanan yaşayış sahəsindəki “Tac” kafesində heç bir texniki sənəd olmadan, qeyri-qanuni qaz xəttinə qoşulma faktı aşkarlanıb, xətt mənbədən ayrılıb, obyekt rəhbərliyinin təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə məsuliyyət məsələsi qaldırılıb. Bundan başqa, 51 nəfər fiziki şəxs, o cümlədən Babayev Arif, Salmanov Akif, Bəhmanov Sabir, Yürüyev İslam, Ağayev Zəmanət və başqaları tərəfindən təbii qazdan qeydiyyatsız istifadə halları aşkarlanıb. Bununla əlaqədar ev sahiblərinin iştirakı ilə faktlar aktlaşdırılmış və həmin evlərin qaz təchizatı dayandırılıb. Reyd zamanı əhali tərəfindən təhlükəsizlik qaydalarının pozulması halları da müəyyənləşdirilib. Belə ki, rezin şlanq birləşmələrinə yol verilməsi, nasaz və qeyri-standart qaz cihazlarından istifadə halları, qaz kəmərlərinin həyətlərdən və mənzillərdən tranzit keçməsi, soba və su qızdırıcılarının, o cümlədən qaz plitələrinin yerləşdirildiyi otaqların normativ tələblərə cavab verməməsi, təbii qazla işləyən su qızdırıcılarının tüstü bacalarının düzgün qurulmaması kimi nöqsanlar aşkar edilərək, ev sahiblərinin nəzərinə çatdırılmış, onlara müvafiq tövsiyələr verilib.
“Azəriqaz” İstehsalat Birliyi bir daha abonentlərə xəbərdarlıq edir ki, təbii qazdan qeyri-qanuni istifadə yolverilməzdir. Buna cəhd göstərən istehlakçıların təbii qaz təchizatı qeyd-şərtsiz dayandırılacaq, dəymiş ziyanın məbləği də hesablanaraq onlardan tutulacaq.

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49