Neft sektorunda 5,2 faiz azalma qeydə alınıb
Bu ilin birinci yarısında Azərbaycanda sənaye sahələrində 17,5 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qeyri-neft sektorunda 8,7 faiz artım, neft sektorunda 5,2 faiz azalma müşahidə olunub.
İstehsalın 77,1 faizi mədənçıxarma, 17,6 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib. Cari ilin altı ayı ərzində neft hasilatı 22,2 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 8,8 milyard kub-metr təşkil edib. Qeyri-neft bölməsinin məhsullarından toxuculuq, geyim, poliqrafiya, rezin və plastmas məhsullarının, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, mebel, elektrik avadanlıqlarının, maşın və avadanlıqların, elektrik enerjisinin və başqa məhsulların istehsalında daha çox artım əldə olunub.

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29