(R) AXA MBASK Zaqatalada zəlzələ nəticəsində əmlaka dəymiş ziyana görə 42 min manat sığorta ödənişi həyata keçirib
AXA MBASK sığorta şirkəti bu il may ayında Zaqatala rayonunda baş vermiş silsilə zəlzələlər nəticəsində evi yararsız hala düşən Aşağı Tala kəndinin sakini Mətanət Səmədovaya 42.000 manat ödəyib. Evin dayaq hissələrinin, həmçinin otaqların daxili tərtibatının xeyli zədələndiyinə şahid olan şirkət mütəxəssisləri köhnə tikilini söküb əvəzinə yenisini tikməyin məqsədəuyğun olduğu qənaətinə gəliblər.
Sözügedən müştərinin qısa vaxt ərzində böyük məbləğdə sığorta ödənişini alması AXA MBASK Sığorta Şirkəti tərəfindən zərərlərin tənzimlənməsi sahəsində müştərilərə keyfiyyətli və operativ xidmət göstərilməsi strategiyasının uğurla tətbiq edildiyini sübut edir.
Mətanət Səmədova ailəsi üçün psixoloji cəhətdən ağır bir məqamda peşəkar münasibətə, göstərdikləri anlayışa və dərdinə şərik çıxmalarına görə şirkətin əməkdaşlarına təşəkkürünü bildirib: “Onlar müştərinin başına gələnləri başa düşür və düzgün qiymətləndirirlər, insanları sakitləşdirir, özünə gəlməyə kömək edirlər. Onlar yol göstərir, yardım edir, təsəlli verirlər. Yaxşı ki, ətrafımızda çətin məqamda dadımıza çatan belə insanlar və şirkətlər var”.
AXA MBASK Sığorta Şirkəti İdarə Heyətinin Sədr Müavini Rəşad Abbasov isə bildirib ki, maddi zərərin təzminatını ödəmək müştərilər qarşısında götürülən öhdəlikləri yerinə yetirməkdir: “Zəlzələ və ya başqa bir təbii fəlakətdən zərər çəkən müştərilərimizə, həmvətənlərimizə yardım göstərmək isə bizim vətəndaşlıq borcumuzdur. Artıq 20 ildən çoxdur, Azərbaycanın sığorta bazarındayıq, şirkətimiz hər il müştərilərə milyonlarla manat ödəyir. Biz hamımız istəyərdik ki, ölkəmizdə artıq təbii fəlakətlər baş verməsin, vətəndaşlarımız belə hadisələrin nəticəsilə üzləşməsinlər. Təbiət qarşısında aciz olsaq da, belə fəlakətlər nəticəsində meydana çıxacaq mümkün maddi itkilərdən vətəndaşlarımızı keyfiyyətli sığorta müdafiəsilə təmin etməyə hazırıq. Biz bütün həmvətənlərimizi Mətanət Səmədovadan nümunə götürüb əmlaklarını bu cür hadisələrdən sığortalamaqla qəfil maddi zərərlərdən etibarlı müdafiə əldə etməyə çağırırıq”.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə bu ilin may ayının əvvəllərində Zaqatala şəhəri yaxınlığında dörd yeraltı təkan baş vermiş, nəticədə onlarla ev ciddi zədələnmişdi. İlk yeraltı təkan şəhərin 17 kilometr cənub-qərbində baş verib. Zaqatala və Qax rayonları ərazisində zəlzələnin gücü 7 bal, Şəki, Oğuz, Qazax, Tovuz və başqa rayonlarda isə 2-5 bal olub. Zəlzələnin mərkəzi 11 kilometr dərinlikdə yerləşir. Sonrakı təkanların isə gücü Rixter cədvəlilə 4,5, 4,2, 4,0 bal olub.

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29