Sosial şəbəkələrdəki mobil dostumuz
26 sentyabr 2011 17:01 (UTC +04:00)

Sosial şəbəkələrdəki mobil dostumuz

Bu zarafatda bir həqiqət var. İndi elə dövrdə yaşayırıq ki, həyatı internetsiz, interneti də sosial şəbəkələrsiz təsəvvür etmək olmur. Sosial media adlandırdığımız bu qlobal şəbəkədə hər kəsə rast gəlmək mümkündür: prezident və nazirlərdən tutmuş, adi tələbələr və evdar qadınlara qədər bir çoxlarının belə saytlarda səhifəsi var.

Facebook, Twitter, Linkendin, Hi5, MySpace kimi şəbəkələrin aktiv istifadəçiləri sanki öz həyatlarından canlı reportaj verirlər: kim harada dincəldi, kim hansı restoranda hansı yeməyi yedi, hansı kitabı oxudu. İnsanlar öz həyatlarını ictimailəşdirir, yenilikləri açıqlayır, hər kəsi baş verənlərdən xəbərdar edirlər. Şəxsi həyatla yanaşı, ölkə miqyasında elə bir hadisə olmur ki, bu şəbəkələrdə müzakirəyə çıxarılmasın. Bir sözlə, şəxsi və hətta iş münasibətləri yeni və daha çevik virtual müstəviyə keçib və sosial şəbəkələr məlumat mübadiləsinin əsas platformalarından birinə çevrilib.

Şirkətlər də Facebook-a üz tutub

Heç təəccüblü deyil ki, iri şirkət və korporasiyalar da sosial medianın açdığı imkanlardan bəhrələnməyə başlayıblar. Təsəvvür edin ki, dünyanın hər yerindən milyonlarla insan hər gün bu şəbəkələrdə saatlarla vaxt keçirir. Başqa sözlə desək, istifadəçiləri bu saytlara yönəltmək üçün heç nə etmək lazım deyil - istehlakçılar özləri onlara lazım olan xidmətləri axtarıb tapırlar.

Əvvəllər rəsmi internet səhifəsi olmayan şirkəti qeyri-ciddi təşkilat sayırdılar. İndi isə vəziyyət 180 dərəcə dəyişib – bəzi qurumlar rəsmi saytdan əvvəl Facebook-da səhifə yaradırlar. Niyə də olmasın? Axı bu sosial şəbəkələr adi saytdan qat-qat geniş imkanlar yaradır. Pulsuz qeydiyyatdan keçməklə qısa müddətdə milyonlarla insanın istifadəsinə çıxırsan, şirkət barədə informasiyanı operativ şəkildə yeniləyirsən, istifadəçilərin rəy və təkliflərini eşidirsən.

Bakcell abunəçilərinə daha çox yaxınlaşır

Bu gün Facebook-da Azərbaycandan olan istifadəçilərin sayı bir neçə yüz mini ötüb keçib. Hər gün, hər saat artan bu göstərici Azərbaycanın iri şirkətlərini biganə qoya bilməzdi. Xüsusilə də mobil operatorları. Axı sosial statusundan, yaşından və cinsindən asılı olmayaraq, hər kəs mobil rabitədən istifadə edir.

Zamanın tələbləri ilə ayaqlaşan və hər zaman innovasiya tərəfdarı olan Bakcell şirkəti "Daha yaxın olaq" fəlsəfəsinə sadiq qalaraq, müştəriləri ilə daha sıx və operativ əlaqədə olmaq üçün Facebook-da səhifə yaradıb. Bakcell üçün facebook-da təmsil olunmağın ən mühüm məqsədi istifadəçiləri ilə interaktiv əlaqənin yaradılması və məlumatın ilkin mənbədən əldə edilməsidir. Səhifədə şirkət tətbiq etmək istədiyi yeniliklər, xidmətlərlə əlaqədar müştərilərin rəylərini öyrənə bilir. Həmçinin, Facebook vasitəsilə Bakcell öz müştərilərinə günün istənilən saatında operativ onlayn xidmətlər göstərir.

Rəngarəng müsabiqələr və dəyərli hədiyyələr

Bakcell özünün rəsmi facebook səhifəsində https://www.facebook.com/Bakcell.Company əyləncəli və intellektual müsabiqələr təşkil edir. Məsələn, hazırda “Super ekspert” video müsabiqəsi keçirilir ki, ən yaxşı video-çarx sahibləri Bakcell-dən Samsung Galaxy SII mobil telefonu + Bakcell 3.5 G DataKart + internet üçün 50 AZN balans qazanmış olacaq.

Facebook müsabiqələrin keçirilməsi üçün qaydalar müəyyən edib

Araşdırmalarımız göstərir ki, Facebook-da təmsil olunan əksər böyük şirkətlər müsabiqələr keçirərkən bu şəbəkənin qaydalarını pozur. Facebook-un müəyyən etdiyi qaydalara görə, səhifənin lövhəsində müsabiqə keçirilməsi, müsabiqə zamanı Facebook funksiyalarından səsvermə elementi kimi istifadə olunması, müsabiqə qaliblərinin sırf “Like” hesabına müəyyənləşdirilməsi və beləliklə də «Like» edənlərin (bəyənənlərin) sayının süni olaraq artırılması qadağandır.

Azərbaycan şirkətləri arasında demək olar ki, ilk dəfə olaraq Bakcell, Avropa və Amerikada aparıcı şirkətlərin lisenziyalı və ödənişli applikasiyalarından istifadə etməklə müsabiqələr keçirir. İstənilən şirkətə marağı artıran bu cür müsabiqələri xüsusi proqramlardan istifadə etmədən keçirmək Facebook tərəfindən dəstəklənmir. İşgüzar aləmdə nüfuzuna xələl gəlməsini istəməyən şirkətlər öz səhifəsində bu cür saxta şərtlərlə yarışma təşkil etmir.

Azərbaycan şirkətlərinin Facebook səhifələrində rast gəlinən digər pozuntu – saxta profillər hesabına istifadəçi sayının artırılmasıdır ki, bu da Facebook qaydalarının kobud surətdə pozulması deməkdir. Bakcell isə şəbəkədəki fəaliyyətində bu cür baş ucalığı gətirməyən hallara yol vermir. Saytın müəyyən etdiyi tələblərə əməl etməklə şirkətin keçirdiyi müsabiqələr, sorğular daha çox real istifadəçini maraqlandıra bilir. Əminliklə demək olar ki, hazırda Bakcell Facebook şəbəkəsində təmsil olunan Azərbaycan şirkətləri arasında qaydalara ciddi şəkildə riayət edən bir şirkətdir.

BALANSI DA FACE-DƏ ARTIRMAQ OLAR


Bakcell Azərbaycan şirkətləri arasında ilk dəfə olaraq Facebook səhifəsində istifadəçiləri salamlama (landing page) səhifəsini yaradıb. Bakcell bu səhifənin hazırlanmasında kreativ dizayn tətbiq edən yeganə şirkətdir. Səhifədə həmçinin FAQ (ən çox soruşulan suallar) bölməsi mövcuddur. Hətta abunəçilərin rahatlığı üçün Facebook vasitəsilə balansın online artırılması xidməti də təşkil olunub. İstifadəçilər bu səhifədən birbaşa Bakcell-in Twitter hesabına keçə də bilərlər.

Müştərilərlə yanaşı, Bakcell-in özü də Facebook-dan mümkün qədər yararlanır. Məsələn, yeni marketinq strategiyalarının hazırlanmasında istifadəçilərin sorğuları və təkliflərindən maksimum dərəcədə istifadə olunur.

O.Facebook - hər kəsin görüş yeri

Statistika göstərir ki, getdikcə daha çox istifadəçi internetə mobil telefondan daxil olur. Bu zaman abonentlər əsasən ya poçtu yoxlayır, ya da sosial şəbəkələrdə olurlar. Bakcell bu baxımdan öz abunəçiləri üçün inanılmaz imkan yaradıb. Belə ki, Azərbaycanda ilk dəfə olaraq bu bənzərsiz xidmətin köməyilə artıq 3 aydır ki, Bakcell abonentləri istənilən an Facebook-dan pulsuz istifadə edə bilirlər.

Artıq hər kəsə tanış olan “Zero.facebook.com” saytı facebook şəbəkəsinin əsas funksiyalarına malikdir. Hətta demək olar ki, bu sayt “m.facebook.com” səhifəsindən (Facebook-un standart mobil versiyası) də sürətlə yüklənir. Burada statusları yeniləmək, xəbərləri oxumaq, ismarıclar göndərmək və gələn ismarıclara cavab vermək, dostların səhifəsində yazmaq mümkündür. Bakcell abunəçilərinin işini rahatlaşdırmaq üçün digər mobil səhifəyə keçmək istəyənlərə xəbərdarlıq da edir - ekranda abunəçinin 0.facebook.com səhifəsini tərk etməsi və bundan sonrakı istifadənin ödənişli olması barədə bildiriş görünür.
İndi dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook-a 250 milyondan artıq insan mobil telefondan daxil olur. Bu rəqəmin içində Azərbaycandan abunəçilərin də sayının çoxalması Bakcell-i sevindirir. Şirkət öz abunəçilərinin istənilən zaman və məkanda öz ailə üzvləri və dostları ilə ünsiyyət saxlamaq üçün gözəl imkan yaratmağa çalışır.

Twitter-də də rəsmi səhifə yaradilib

Sonda onu qeyd edək ki, yarandığı qısa müddət ərzində Bakcellin Face-ni bəyənib izləyənlərin sayı 20 mini keçib və bu rəqəm durmadan artır. Bu göstərici, həm də izləyicilərin rəyləri bunu əminliklə deməyə əsas verir ki, Bakcell Facebook-da sosial saytların imkanlarından tam peşəkarlıqla istifadə edən Azərbaycan şirkətidir.

Artıq Twitter-də də Bakcell-in rəsmi bloqu fəaliyyətə başlayıb. aztwi.org saytının məlumatına görə, Bakcell-in burdakı hesabı Azərbaycanın ən aktiv mikrobloqqerləri sırasındadır. Kim bilir, bəlkə bir azdan Bakcell öz abonentlərinə pulsuz Twit-lər göndərməyə də imkan verəcək.
# 1118

Oxşar yazılar