“Azərbaycan azı yüz il indiki templə təbii qaz çıxara bilər”
“Azərbaycanın təsdiq olunmuş neft ehtiyatı 14 milyard, ehtimal olunan neft ehtiyatı isə 20-24 milyard barel təşkil edir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən beynəlxalq tədbirdəki çıxışında deyib. O, ölkənin təsdiq olunmuş qaz ehtiyatının 2,55 trilyon kubmetr, ehtimal olunan qaz ehtiyatının isə bundan 4 dəfə artıq olduğunu deyib: “Azərbaycan azı yüz il indiki templə qaz çıxara bilər”.
Ə. Həsənov bildirib ki, Azərbaycan qızıl, mis və digər ehtiyatları ilə Cənubi Qafqazda ən zəngin təbii sərvətləri olan ölkədir: “Azərbaycan həm də bölgədə özünün enerji təhlükəsizliyini təmin etmiş yeganə ölkədir”.
O, həmçinin deyib ki, Azərbaycan postsovet məkanında yeganə ölkə olaraq ərazisinin 90 faizini qazla təmin edib.

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29