DəmirBank Azərbaycanda ilk dəfə müştərilərə Türkiyə lirəsi ilə plastik kartlar təqdim edir
22 sentyabr 2011 15:39 (UTC +04:00)

DəmirBank Azərbaycanda ilk dəfə müştərilərə Türkiyə lirəsi ilə plastik kartlar təqdim edir

DəmirBank Azərbaycanda ilk dəfə olaraq müştərilərə Türkiyə lirəsi valyutasında (TRY) VISA plastik kartları təqdim etməyə başlayıb. Bu müştərilərə Türkiyədə lirə valyutasında kartla əməliyyatlar aparmağa imkan yaradır.

DəmirBank hazırda kartlar üzrə “5 manata” və “Pulsuz” kampaniyalarını keçirir. “5 manata kart” kampaniyası üzrə müştərilər yalnız 5 manat ödəməklə VİSA Classic və MasterCard Standard kartlarını əldə edə bilər. “Pulsuz” kampaniyasına əsasən müştəri kartı tam pulsuz əldə edə bilər, lakin bu halda kart hesabına zəruri məbləğdə ilkin mədaxil etməlidir. DəmirBank həmçinin "Xaricdə Təhsil Alanlara Pulsuz Plastik Kart” proqramını da həyata keçirir.

“Azərbaycan və Türkiyə arasında geniş işgüzar, mədəni və tarixi əlaqələri, Türkiyəyə çoxlu sayda insanların mütəmadi səfərlərini nəzərə alaraq müştərilərə Türkiyə lirəsində plastik kartlar təqdim etməyə başladıq. Biz plastik kart müştərilərinə mütəmadi olaraq yeni xidmətlər, kampaniya və aksiyalar təqdim edirik. Müştərilərimizin məmnunluğu üçün bu istiqamətdə fəaliyyətimizi daha da genişləndiririk” – deyə İdarə Heyəti Sədrinin Müavini Yusif Cabbarov bildirib.

DəmirBank plastik kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel televiziyası ödənişləri və sair xidmətlər təqdim edir. DəmirBank-ın kart sahibləri “İl Boyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər.

Bankın müxtəlif xidmətləri barədə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə ətraflı məlumat əldə etmək olar.
# 663

Oxşar yazılar