Azerfon şirkəti şəbəkənin müasirləşdirilməsi üçün investisiyalarını artırır - FOTO
22 sentyabr 2011 15:37 (UTC +04:00)

Azerfon şirkəti şəbəkənin müasirləşdirilməsi üçün investisiyalarını artırır - FOTO

Azerfon şirkəti ilə Bank Standard arasında əldə olunan razılaşmaya əsasən 2011-ci ilin iyul ayından etibarən 15 mln. manat məbləğində vəsaitin ayrılması məqsədi ilə veksel satışı elan edilib. Veksel satışından əldə edilən vəsait mobil operator tərəfindən qısa müddət ərzində yeni texnologiyaların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və şəbəkə əhatəsinin gücləndirilməsi üçün istifadə olunacaq. Müqaviləyə əsasən, veksellərin hazırlanması və satışı ilə bağlı bütün işləri, o cümlədən, potensial investorların cəlb edilməsi Bank Standard tərəfindən həyata keçirilir.


“2011-ci il Azerfon abunəçiləri üçün böyük dəyişikliklər ili olacaq. Azərbaycanın ən böyük özəl banklarından olan Bank Standardla həyata keçirdiyimiz veksel proqramı ilk növbədə 3G şəbəkəsinin qısa müddətdə gücləndirilməsinə yönəlib. Hazırda mobil rabitə bazarı artıq doymuş vəziyyətdədir, əhalinin 100%-i mobil telefondan istifadə edir. Lakin, data xidmətlərinin istifadəsinin artımında böyük potensial var və biz də ilk 3G operator olaraq əhaliyə 3G xidmətlərinin çeşidini çoxaltmaq, 3G şəbəkəsini gücləndirmək məqsədi ilə investisiyalarımızı artırırıq. İki ay əvvəl Nokia Siemens Network (NSN) şirkəti ilə şəbəkəmizin genişləndirilməsi və modernizasiyası üçün 65mln. ABŞ dolları məbləğində müqavilə imzaladıq. Bank Standard vasitəsi ilə həyata keçirəcəyimiz növbəti yatırım qısa müddət ərzində şəbəkə əhatəmiz və xidmət keyfiyyətinin artmasına səbəb olacaq” - deyə, Azerfon şirkətinin Baş İcraçı Direktoru cənab Yurgen Pitz qeyd edib.



Öz növbəsində Bank Standard İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Quliyev bunları bildirib: “Azərbaycan bank sektorunun liderlərindən biri Bank Standard Azerfon şirkətinin maliyyə tərəfdaşı kimi vəsaitlərin cəlb olunmasını təşkil edir. Apardığımız araşdırma onu göstərir ki, Azerfon şirkəti sürətli inkişaf templərinə görə sərmayəçilərin böyük marağını cəlb etməkdədir. Bu sahədə olan təcrübəmizi, habelə Azerfonun maliyyə qurumları və geniş ictimaiyyət arasında olan etibar və nüfuzunu nəzərə alaraq əminik ki, Azerfon şirkəti ilə hazırladığımız veksel proqramı çərçivəsində lazım olan vəsait qısa müddətdə tam şəkildə cəlb olunacaq. Bank Standard üçün bu layihə ölkənin ən böyük və aparıcı şirkətləri ilə qurduğumuz uğurlu maliyyə tərəfdaşlığının daha bir önəmli nümunəsi kimi ön plana çıxır”.


Şirkət haqqında:
Azerfon MMC öz kommersiya fəaliyyətinə 27 Mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb. Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilib. Azerfon Azərbaycan mobil rabitə bazarının ən dinamik və yenilikçi mobil rabitə operatorudur. Azerfon Azərbaycanda ilk dəfə olaraq Nar Mobile vasitəsilə bütün rabitə xidmətlərində manatla tarifikasıyanı təqdim edib və 2009-cu ildə Azərbaycanın ilk 3G opartoru kimi 3G texnologiyası əsasında xidmət və məhsullar təqdim edib. Vodafone ilə strateji tərəfdaşlıq imzalamaqla, Azerfon sürətli genişzolaqlı mobil rabitə və ən qabaqcıl rominq xidmətlərilə tanınan ikinci Azerfon-Vodafone ticarət nişanının bazara təqdim edib.


AZERFON şəbəkəsi Azərbaycan Respublikasının ərazisinin 80% əhatə edir. Bu günədək AZERFON şəbəkəsindən 1,7 milliona qədər abunəçi istifadə edib. www.azerfon.az
# 945

Oxşar yazılar