Mili Məclis hökumətə 10 gün vaxt verdi
13 noyabr 2009 14:00 (UTC +04:00)

Mili Məclis hökumətə 10 gün vaxt verdi

3 gün sürən büdcə müzakirələri başa çatıb

Bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələri başa çatıb. Lent.az-ın xəbərinə görə, sonda parlamentin spikeri Oqtay Əsədov müzakirələrdə ümumilikdə 76 nəfər deputatın çıxış etdiyini bildirib.

O.Əsədov 3 gün sürən müzakirələr nəticəsində hökumətə parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün 10 gün vaxt verildiyini deyib. Onun sözlərinə görə, həmin müddət bitdikdən sonra layihə təsdiq olunmaq üçün parlamentə qaytarılacaq.

İclasda maliyyə naziri Samir Şərifov millət vəkillərinin müzakirələr vaxtı səsləndirdikləri təkliflərlə bağlı öz fikirlərini bildirib.


Milli Məclisin noyabrın 13-də keçiriləcək iclasında “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında” “Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, “Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi, həmçinin Milli Məclisin 2010-cu il üçün xərclər smetası və Hesablama Palatasının 2010-cu il üçün xərclər smetası məsələləri müzakirə olunacaq.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar