Azərbaycan “Böyük Adron Kollayderi layihəsi”nə qoşulub
Bakıda Avropa Nüvə Tədqiqatı Mərkəzinin hesablama mərkəzi yaradılır. Artıq bu istiqamətdə lazım olan texniki işlər başa çatmaq üzrədir. “Böyük Adron Kollayderi layihəsi” çərçivəsində yaradılan mərkəz Milli Elmlər Akademiyasının (MEA) Fizika İnstitutu ilə əlaqəli şəkildə fəaliyyət göstərəcək.
MEA-dan Lent.az-a bildiriblər ki, bu mərkəz Avropanın nüvə elminə inteqrasiya sahəsində informasiya mübadiləsinin aparılmasına imkan verəcək. Böyük Adron Kollayderi işə salındıqdan sonra mərkəzdən gələn informasiya axınının emalı üçün yüksək hesablama texnologiyası olan GRİD seqmentinin cəlb olunmasını nəzərdə tutur. Prosesə 100 min kompüter cəlb olunacaq ki, bunların da 300-ü Azərbaycanda yerləşdiriləcək.
MEA-da bildirirlər ki, artıq Fizika İnstitutunun Hesablama Mərkəzində GRİD şəbəkəsinə cəlb olunacaq 300 kompüter quraşdırılıb. İnformasiya emalında dünyanın 33 ölkəsinin 140 institutunda quraşdırılmış kompüterlər iştirak edəcək. Bu məqsədlə bütün dünyada xüsusi hesablama mərkəzləri quraşdırılıb. Bu mərkəzlər konkret məsələləri həll edəcək və nəticələri Avropa Nüvə Mərkəzinə göndərəcək.
Xatırladaq ki, bu layihə elmin digər sahələrində də müxtəlif yönümlü tədqiqatların aparılmasına imkan yaradacaq. Belə ki, GRİD sistemi vasitəsilə tibb, biologiya, NANA texnologiyaları sahəsində və neft-qaz yataqlarında hesablanma işlərinin aparılması bir qədər də asanlaşacaq.
Elxan SALAHOV

1589