Bakıda bal sərgisi keçirilir
Almaniya səfirliyinin “Kapellhaus” Mədəniyyət Evində təşkil olunan sərgi 5 gün davam edəcək
Bu gün Bakıda arıçılıq məhsullarının satışı və sərgisi yarmarkası başlayıb. Bu dəfə yarmarka Dənizkənarı Parkda deyil, Almaniya səfirliyinin “Kapellhaus” Mədəniyyət Evində təşkil olunub.
Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-a bildiriblər ki, sayca yeddinci sərgi-satış yarmarkası 5 gün davam edəcək. Tədbirdə ölkənin bütün bölgələrindən olan arıçılıq təsərrüfatları öz məhsullarını nümayiş etdirir. Sərgidə arı südündən tutmuş, baldan hazırlanan xüsusi kosmetik vasitələr, bərəmum, güləm kimi müalicəvi əhəmiyyətə malik arı məhsulları da nümayiş etdirilir.
Nazirlikdə deyirlər ki, hazırda Azərbaycanda 126 min arı ailəsi var. Onlardan 1000-ə qədəri Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müəssisələrdə, qalanları isə fərdi təsərrüfatlarda saxlanılır. Bu təsərrüfatlarda təxminən 3 mindən çox işçi çalışır.
Nazirliyin hesablamalarına görə, hər il Azərbaycanda 10 min tondan çox bal istehsal edilir.
Elxan SALAHOV

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18