“Azerfon” “Azercell”ə cavab verib
İcraçı direktor: ““Azercell” hər iki şirkətin abunəçilərinə qarşı hörmətsizlik edir”
Bu gün “Azerfon” MMC-nin (NarMobile) baş icraçı direktoru Gido Helbix “Azercell Telekom” MMC-nin iyulun 21-də yaydığı açıqlama ilə bağlı mətbuat konfransı keçirib.
Lent.azı-n müxbirinin verdiyi xəbərə görə, Gido Helbix belə halın ilk dəfə olmadığını, “Azercell”in “Azerfon”a qara piar apardığını deyib: ““Azercell” hər iki şirkətin abunəçilərinə qarşı hörmətsizlik edir”.
Baş icraçı direktor bildirib ki, “Azercell”in yaydığı açıqlamanı eşidəndə şoka düşüb: “Hazırda şəbəkələr arasında arabağlantıda problem yaranmamssı üçün “Azercell”lə və digər abonentlərlə danışıqlar aparılır ki, gələcəkdə danışıqlar zamanı bu şirkətlərin abonentləri əziyyət çəkməsinlər”.
Xatırladaq ki, iyulun 21-də “Azercell”in yaydığı açıqlamada qeyd olunurdu ki, “Azerfon” MMC-nin (NarMobile) hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqəsi saxlaya bilməsi üçün arabağlantı müqaviləsi üzrə 1 il ərzində borcunu ödəməməsi “Azercell”-in fəaliyyətinə ciddi zərər vurur. Artıq bu borc 11 milyon manata çatıb və dəfələrlə edilən rəsmi müraciətlərə baxmayaraq, bu borcun ödənilməsi istiqamətində “Azerfon” MMC tərəfindən heç bir addım atılmayıb. Xəbərdarlıq olunurdu ki, buna görə də şəbəkələr arasındakı mövcud arabağlantı kanalları 22 iyul saat 00:00-dan etibarən kəsiləcək və borc ödənənə qədər “Azerfon” və “Azercell” abunəçiləri bir-birlərinə zəng edə bilməyəcəklər.
Gido Helbix 11 milyon manat borc məsələsinə aydınlıq gətirməyib.
Ramiz

Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13