İpoteka bazarına ciddi dəstək
Bakı Fond Birjası Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsinə başlayır
Bu gündən etibarən Bakı Fond Birjasında (FBF) ipoteka istiqrazlarının yerləşdirilməsinə başlanacaq. Hərraca ilkin olaraq, 15 milyon manat məbləğində istiqraz çıxarılacaq. Yerləşdirmə anından istiqrazların satış qiyməti nominal dəyərin 100 faizini, yəni 1000 manat təşkil edir. Bu isə 15 milyon istiqraz deməkdir.
Bakı Fond Birjasından Lent.az-a bildiriblər ki, istiqrazlar üzrə ümumi gəlirlik illik 3 faizdir. İstiqraz əldə etmək istəyənlər Bakı Fond Birjasının üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilərlər. İstiqrazlar 2016-cı il mayın 10-da ödəniləcək. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.
Fondda deyirlər ki, istiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycanın Mərkəzi Bankıdır. Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet səhifəsinin (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.
Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi İpoteka Fondunun 55 milyon manatlıq istiqrazını mayın sonunda qeydə alıb. Bütün bu istiqrazlar BFB-da yerləşdiriləcək.
Elxan SALAHOV

Oxşar yazılar

"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
25 iyun 2025 , 16:24