Telman İsmayılovun Bakıda sürdüyü milyonluq “Rolls-Royce” - EKSKLÜZİV
Məşhur azərbaycanlı milyarder, Türkiyədəki 1,4 milyard dollarlıq “Mardan Palace” otelinin sahibi Telman İsmayılovun Bakıda olarkən hansı avtomobillə gəzdiyi məlum olub. Ona Bakıda yoldaşlıq edən şəxsin Lent.az-a bildirdiyinə görə, milyarder “Rolls-Royce Phantom” avtomobilini də Azərbaycan paytaxtına gətirib. Avtomobil Türkiyədən İsmayılovu gətirən təyyarə ilə gətirilib və Bakıda sürülüb. Avtomobilə Türkiyədə həmin ölkənin, Azərbaycanda isə yerli dövlət nömrə nişanı (10-LH-...) vurularaq sürülür.
T.İsmayılov Bakıya sonuncu dəfə bu ilin yanvar ayında gəlib və foto da həmin vaxt çəkilib.
“Rolls-Royce Phantom” avtomobilinin zavoddan satış qiyməti 700 min ABŞ dollarıdır. Lakin gömrük və digər xərclərlə birlikdə avtomobilin qiyməti 1 milyon dollardan çoxdur.
Qeyd edək ki, hazırkı milyarder İsmayılov Telman Mərdan oğlu 1956-cı il oktyabrın 26-da Göyçay rayonunda anadan olub.
1989-cu ildən AST (Alik (Ələkbər), Sərxan və Telman) şirkətlər qrupunun prezidentidir. Moskvadakı Çerkizovo, Varşavski bazarlarının, “Praqa” restoranının, “Qof” mehmanxanasının, AST nəşriyyatlar qrupunun sahibidir.
İsmayılovlar ailəsində 12 uşaq dünyaya gəlib, Telman onuncu övlad olub.
1973-76-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra isə Moskvadakı Plexanov adına Xalq Təsərrüfatı İnstitutunu bitirib.
O, 18 yaşında - Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) birinci kursunda təhsil alarkən mağaza sahibi olub.
“Forbs” jurnalının versiyasına görə, Rusiyanın ən varlı adamları sırasında yer alır və varidatının həcmi 700 milyon dollar civarında qiymətləndirilir (baxmayaraq ki, təkcə “Mardan Palace” otelinə bundan iki dəfə çox pul xərcləyib.)
Ümumrusiya Azərbaycanlıları Konqresinin və Avrasiya Yəhudiləri Konqresinin vitse-prezidentidir.
2009-cu ildə Türkiyədə “Mardan Palace” otelini tikdirib.
Hobbisi qiymətli saat yığmaqdır. Kolleksiyasında təxminən 2 mindən çox qiymətli saat var.
Evlidir, Alik (Ələkbər) və Sərxan adlı iki oğlu və iki nəvəsi var.
Pərvin ABBASOV

Oxşar yazılar

"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atıb
12 may 2025 , 17:52
"Azercell"in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti”nə ilin ilk rübündə 500-dən çox müraciət daxil olub
12 may 2025 , 17:11