Bu gündən Gəncə-Naxçıvan-Gəncə aviareysləri bərpa olunur
Bu gündən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa sərnişin aviareyslərini bərpa edir. Bu barədə Lent.az-a Naxçıvan Beynəlxalq Hava Limanından məlumat verilib.
28 aylıq fasilədən sonra bu gün ilk reys günorta saatlarında baş tutacaq. Saat 14-də Gəncədən çıxıb, saat 15-də Naxçıvanda olacaq təyyarə saat 16.50-də yenidən Naxçıvandan Gəncəyə yola düşəcək.
Sözügedən marşrut üzrə uçuşlar hər həftənin I, III və V günləri ATR tipli avialaynerlə yerinə yetiriləcək: “Bir istiqamətdə aviabiletin qiyməti 39 manat, Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə isə müvafiq olaraq 78 manat təşkil edir”.
Xatırladaq ki, əvvəllər həftədə 2 dəfə baş tutan Gəncə-Naxçıvan-Gəncə marşrutu ilə uçuşlar 2007-ci ilin avqust ayında dayandırılmışdı.
Fariz YUNİSLİ

Oxşar yazılar

"Azercell" və UiPath Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
21 aprel 2025 , 12:25
Azərbaycanda nazirin müşaviri istefa verdi
21 aprel 2025 , 10:29
Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər
19 aprel 2025 , 10:03
Azərbaycanın 5 milyondan çox xarici borcu var
18 aprel 2025 , 17:40
ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti
18 aprel 2025 , 09:53
"Azercell"in dəstək verdiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi -VİDEO
17 aprel 2025 , 17:06
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi” başladı
17 aprel 2025 , 12:08