Fransız mütəxəssis Zinəddin Zidan uzun fasilədən sonra işə qayıtmağa hazır olsa da, o, yalnız iki komandanı çalışdırmağı nəzərdən keçirir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin sözlərinə görə, “Mançester Yunayted”, “Yuventus”, PSJ və “Bavariya” dəfələrlə Zidanla maraqlansa da, o, həmişə onlardan imtina edib. İddia olunur ki, bu qərara səbəb Zidanın klub səviyyəsində özünü “Real”dan başqa heç bir komandanın rəhbəri kimi görməməsi olub. Eyni şey milli komandalara da aiddir, məşqçi yalnız Fransa millisinə rəhbərlik etməyə hazırdır.
Xatırladaq ki, Zinəddin Zidan 2016-2018 və 2019-cu ildən 2021-ci ilə qədər klub səviyyəsində yalnız “Real”da baş məşqçi olub. Fransız məşqçi “Kral klubu” ilə birlikdə ikiqat İspaniya çempionu, iki dəfə İspaniya Superkubokunun qalibi və üç dəfə Çempionlar Liqasının qalibi olub.