Zinəddin Zidan məşqçiliyə qayıtmağa hazırlaşır. Fransız 2021-ci ilin may ayından, o, "Real"in baş məşqçi postunu tərk etdikdən sonra məşqçilik etmir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, yaxın vaxtlarda Zidanın yeni vəzifəsi ilə bağlı rəsmi açıqlama veriləcək. Söhbət Fransa millisinə təyinatdan gedir. Amma düzəlişlə - o, postu yalnız 2026-cı il dünya çempionatından sonra alacaq.
"Didye Deşam 2026-cı ildə gedəcək. Bir ildən sonra Zidan olacaq! Nə yaxşı! Hər şey həll olunub", - məlumatda vurğulanır.