<b>Van Qal: </b>“El-Klasiko”nu 18 futbolçu ilə birgə izlədik”
27 oktyabr 2014 13:54 (UTC +04:00)

Van Qal: “El-Klasiko”nu 18 futbolçu ilə birgə izlədik”

“Mançester Yunayted”in baş məşqçisi Lui van Qal bir neçə gün öncə baş tutan “El-Klasiko” haqda danışıb. O etiraf edib ki, “Real” – “Barselona” oyununu, demək olar ki, “Mançester Yunayted”in bütün heyəti ilə birlikdə izləyib: “Mən matçın ikinci hissəsinə baxa bildim. Mənimlə birlikdə oyunu 18 futbolçu izlədi. Hələ məşqçilik karyeramda belə halla rastlaşmamışdım. Bizdə ispan futbolçu çoxdur. Təbii ki, onlar və digər oyunçular üçün bu matç böyük maraq kəsb edirdi. Həqiqətən də, keyfiyyətli qarşılaşma oldu. Madridlilər kompakt oyun sərgilədilər və hesabda önə keçdikdən sonra oyun artıq başa çatmışdı. “Barselona” isə sıx oynaya bilmədi. Buna görə də, məğlubiyyətlə barışmalı oldu”.

Qeyd edək ki, Lui van Qalın başçılıq etdiyi “Mançester Yunayted” klubu dünən çempionat oyununda “Çelsi” ilə heç-heçə oynayıb – 1:1. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 927

Oxşar yazılar