Topaz Premyer Liqasında biabırçılıq: Bakıdakı oyunlara gələn yoxdur
30 dekabr 2012 14:30 (UTC +04:00)

Topaz Premyer Liqasında biabırçılıq: Bakıdakı oyunlara gələn yoxdur

Topaz Premyer Liqasında arxada qalan 18 tur ərzində keçirilməli olan 108-dən 106-ı baş tutub. Lent.az-ın məlumatına görə, daha 1 qarşılaşmanın nəticəsi ləğv olunub.

 

Beləliklə, baş tutmuş 105 matçı 214.470 tamaşaçı izləyib. Bu isə orta hesabla hər oyunda 2.043 seyrçinin gəlməsi deməkdir. Halbuki ötən mövsüm orta tamaşaçı sayı 2343-ə bərabər olub. Ötən çempionatın 18 turluq ilk bölümündə isə bu rəqəm 2564 idi.

 

Cari mövsümün ilk yarısında ən çox azarkeş Lənkəranda baş tutan “Böyük oyun”da qeydə alınıb. 17-ci turun “Xəzər Lənkəran”la “Neftçi” arasındakı qarşılaşmanı 9500 nəfər izləyib.

Çempionatın antirekordu isə bundan təxminən 63 dəfə az olub – 150 nəfər. Buna 2 dəfə təsadüf olunub. IX turun “Qarabağ” – “Bakı” və XVIII turun “Sumqayıt” – “Kəpəz” görüşlərində belə az izləyici olub. Bu matçlar müvafiq olaraq Tofiq Bəhramov adına Respublika stadionu və “Bayıl Arena”da baş tutub.

Komandaların ev oyunlarındakı tamaşaçı sayına gəlincə son illərdə olduğu kimi yenə “Xəzər Lənkəran” ilk pillədədir. Lənkəran təmsilçisinin 8 ev oyununu 43700 tamaşaçı izləyib ki, bu da hər matça 5463 seyrçi deməkdir.

 

Paytaxt klubları və ev oyunlarını Bakıda keçirən “Qarabağ” isə cədvəlin aşağı pillələrindədir.

 

Xəzər Lənkəran  

8  

43700  

5463

 

Kəpəz (Gəncə)  

8  

30500  

3813

 

Sumqayıt  

10  

32550  

3255

 

Turan (Tovuz)  

9  

28400  

3156

 

Simurq (Zaqatala)  

8  

18900  

2363

 

Neftçi (Bakı)  

10  

15250  

1525

 

AZAL (Bakı)  

7  

8900  

1271

 

Qəbələ  

9  

10880  

1209

 

Bakı  

8  

7880  

985

 

İnter (Bakı)  

10  

7850  

785

 

Rəvan (Bakı)  

9  

6010  

668

 

Qarabağ (Ağdam)  

9  

3650  

406


Topaz Premyer Liqasının 105 oyunu 15 müxtəlif stadionda keçirilib. Ən çox azarkeş Lənkəran stadionunda qeydə alınıb. Ümumiyyətlə ilk 5 pillədə paytaxtdan kənardakı arenalar qərarlaşıb. Bakının ən çox azarkeş toplayan 8-ci km stadionudur. 15 arena arasında sonuncu pillədə isə Respublika stadionudur. Azərbaycanın ən böyük idman qurğusu cəmi 2500 seyrçi toplayıb. Bu da “Böyük oyun”dakından az qala 4 dəfə aşağı göstəricidir. Maraqlıdır ki, paytaxt stadionlarından yalnız “AZAL Arena” ümumi azarkeş sayı “Böyük oyun”dan yüksək olub. Digər stadionlar isə hətta 8-9 matçda da 1 oyunluq tamaşaçı toplaya bilməyib.
 

Lənkəran  

7  

42700  

6100

 

Gəncə  

8  

30500  

3813

 

Sumqayıt  

10  

33700  

3370

 

Tovuz  

9  

28400  

3156

 

Zaqatala  

8  

18900  

2363

 

8-ci km stadionu  

5  

7700  

1540

 

Bakıxanov  

5  

7550  

1510

 

AZAL Arena  

8  

10900  

1363

 

Qəbələ  

8  

10380  

1298

 

"Bakı"nın bazası  

8  

7880  

985

 

Şəfa  

8  

5350  

669

 

Bayıl Arena  

9  

5560  

618

 

Böyük Əmili  

1  

500  

500

 

Dalğa Arena  

4  

1950  

488

 

Respublika  

7  

2500  

357

 

# 1080
avatar

Oxşar yazılar