Yumurta ilə hansı qidaları yemək olmaz?
11 may 2024 12:39 (UTC +04:00)

Yumurta ilə hansı qidaları yemək olmaz?

Yumurtanın müəyyən qidalarla birləşdirilməsi mədə problemlərinə səbəb ola bilər.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, qidalanma mütəxəssisləri yumurtaları ət, vetçina, pendir və yüksək kalorili souslarla (mayonez, tartar və s.) birləşdirməyi qətiliklə tövsiyə etmirlər.

Bu, mədədə ağırlıq və digər həzm problemlərinə səbəb ola bilər. Yumurtaları göyərti və nişastasız tərəvəzlərlə - bolqar bibəri, kələm, xiyar, ispanaq, kərəviz ilə birləşdirmək faydalıdır.

Gündə iki ədəddən çox yumurta istehlak etmək tövsiyə edilmir. Xolesterolunuz yüksəkdirsə, yumurtanın sarısını yeməyin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3528
avatar

Arzu Qurbanlı

Oxşar yazılar