Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
11 may 2024 10:19 (UTC +04:00)

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Mayın 11-i saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda şimşək çaxıb, arabir yağış, Şahdağda isə zəif qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Gədəbəydə 4 mm, Balakəndə 3 mm, Daşkəsən, Sədərəkdə 2 mm, Naxçıvan, Ordubad, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Zaqatala, Şəki, Qax, Quba, Qusar, Cocuqmərcanlı, Tərtər, Yevlax, Beyləqan, Lənkəran, Astarada 1 mm-dək olub.

Bakı, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Göygöl, Şamaxı, Altıağac, Tərtər, Bərdə, Beyləqan, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək, Naxçıvan MR-da 23-28, Aran rayonlarında 23-26, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2850
avatar

Oxşar yazılar