Tovuzda qoşulub qaçan məktəbli qız ailəsinə qaytarıldı - YENİLƏNİB
11 may 2024 11:59 (UTC +04:00)

Tovuzda qoşulub qaçan məktəbli qız ailəsinə qaytarıldı - YENİLƏNİB

Tovuzda qoşulub qaçan məktəbli qızla bağlı təfərrüatlar məlum olub.

Lent.az xəbər verir ki, 16 yaşlı Aysel Məmmədlinin (ad soyad şərti) ailəsinə geri qaytarılması üçün rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və rayon Polis Şöbəsinin rəhbərliyi əməli tədbirlər görüblər.

Komissiyanın məsul katibi Aqşin Həsənov Lent.az-a bildirib ki, yeniyetmə qız heç cür razılaşaraq, ailəsinə qayıtmaq istəməyib:

“Qızın yeri müəyyən olunub tapılandan sonra o, ailəsinə qayıtmaq istəmədi. Mən və rayon Polis Şöbəsinin rəisi Habil müəllim birgə 3 saat çalışandan sonra qızı evinə qayıtmağa razı salmışıq. Qız qoşulub qaçdığı oğlandan ayrılmaq istəmirdi və ata evinə qayıtmağa razı deyildi. Ancaq qeyd etdiyim kimi, 3 saatlıq zəhmətimizdən sonra qızı razı sala bildik. Ayrıca, özüm 1 saat onunla profilaktiki söhbət apardım. Uğurlu nəticəmizə görə qızın valideynləri öz təşəkkürlərini bildirdilər”.

***
10:01

Tovuzda qaçırılan 16 yaşlı qız ailəsinə təhvil verilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Lent.az-a bildirilib ki, ötən gün sosial şəbəkələrdə Tovuzun Vahidli kəndində 10-cu sinif şagirdinin qaçırılması barədə yayılan məlumatlara əsasən fakt dərhal komitə tərəfindən nəzarətə götürülüb. Araşdırılması və dərhal tədbir görülməsi ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdi Aysel Məmmədlini (şərti ad) kənd sakini Mətin Mustafayev evlənmə məqsədi ilə qaçırıb. Birgə fəaliyyət nəticəsində məktəbli qız ailəsinə təhvil verilib, məsələnin nəzarətdə saxlanılması təmin olunub.

Faktla bağlı araşdırma davam etdirilir.

***

10.05.2024, Saat: 16:33

Tovuzda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb.

Lent.az xəbər verir ki, hadisə Vahidli kəndində qeydə alınıb. Orta məktəbin 10-cu sinfində təhsil alan 16 yaşlı Ə.G. kursdan qayıdarkən 26 yaşlı M. Mustafayev tərəfindən qaçırılıb.

Ailə hadisə ilə bağlı polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, müraciətlə əlaqədar Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlə görülüb:

“Tədbirlər nəticəsində qızın yeri müəyyən edilib. O, polisə verdiyi ifadəsində öz istəyi ilə qoşulub qaçdığını deyib. Bundan əlavə, həm rayon Polis Şöbəsinin rəisinin iştirakı ilə, həm də rayon prokurorluğunda valideynləri ilə görüşdürülüb. Hər iki görüşdə öz istəyi ilə qaçdığını bildirib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7509
avatar

Mehman Nəbiyev

Oxşar yazılar