Mübariz Mənsimov: "Yardım etdim, lazım olsa yenə də edəcəyəm”
24 dekabr 2012 13:33 (UTC +04:00)

Mübariz Mənsimov: "Yardım etdim, lazım olsa yenə də edəcəyəm”

Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Türkiyənin “Beşiktaş” klubunu satın alacağı barədə xəbərlərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, Mənsimov hazırda maliyyə problemləri yaşayan “qara qartallar”ın maddi böhranı dəf edə biləcəyini açıqlayıb.

 

Onun fikrincə, klubun əsas sahibi azarkeşləridir: “Əvvəllər mənə “Beşiktaş”ı satsalar, ala bilərsiniz?” sualı vermişdilər. Mən də “bəli” cavabı vermişdim. Amma “Beşiktaş” satılan klub deyil. Amma təbii ki, mənim könlümdəki klubdur. “Beşiktaş” böyük klubdur, hər şeyin altından qalxa bilər. Daha öncə də maddi yardım etdik, bundan sonra da lazım olsa, edəcəyik. Klubun idarəedicisi olmağı heç vaxt düşünməmişəm, indi də düşünmürəm. Amma futbolun bir sənaye olduğunu artıq hər kəs qəbul edir. Dünyada da klub idarəçiliyi yeni bir konsepsiyaya doğru gedir. Bu proses Türkiyə idmanını da müəyyən müddətdən sonra çox yaxşı yerlərə gətirəcək. Amma sonucda klubun əsas sahibi azarkeşlərdir”.

 

Qeyd edək ki, Mübariz Mənsimov Azərbaycanda “Xəzər Lənkəran” klubunun sahibi və fəxri prezidentidir.

# 2212
avatar

Oxşar yazılar