Poçettino  “Milan”a   rəhbərlik edə bilər
13 may 2024 13:06 (UTC +04:00)

Poçettino “Milan”a rəhbərlik edə bilər

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino yayda klubunu dəyişə bilər.

Lent.az bildirir ki, "La Repubblica"nın məlumatına görə, 52 yaşlı argentinalı ilə "Milan" maraqlanır. Qeyd olunur ki, “rossonerilər” hazırkı baş məşqçi Stefano Piolinin istefa vermə ehtimalı olduğundan mütəxəssisi namizədlər siyahısına daxil edib.

Poçettino 2023-cü ilin yayından "Çelsi"yə rəhbərlik edir. Onun müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir.

London klubu 36 turdan sonra 57 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 7-ci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608
avatar

Oxşar yazılar