Döyüşə hazırlaşan Mayk Tayson iki şeydən  imtina etdi
13 may 2024 16:40 (UTC +04:00)

Döyüşə hazırlaşan Mayk Tayson iki şeydən imtina etdi

Qarşıda bütün boks həvəskarlarının səbirsizliklə gözlədiyi möhtəşəm döyüş var. Əfsanəvi boksçu Mayk Tayson iyulda Ceyk Pol ilə qarşılaşacaq və o, döyüşə çox ciddi yanaşır. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, məşhur boksçu ən yaxşı formada olmaq üçün nələrdən imtina etməli olduğunu danışıb.

İyulun 20-də Ceyk Pol və Mayk Tayson Texasda görüşəcəklər. Hər iki döyüşçü vicdanla döyüşə hazırlaşır və sosial şəbəkələrdə öz gedişləri və hazırkı forması haqqında məlumat paylaşırlar.

Təcrübəli boksçu “Instagram” profilində pərəstişkarlarının Netflix platformasında izləyə biləcəkləri bu qala gecənin tədbirini rəsmən elan edən poster yerləşdirib. Mayk Tayson yenidən rinqə çıxacağını deyəndə zarafat etmədiyini vurğulayıb.

Fightsports.tv-yə müsahibə verən 57 yaşlı idmançı özündən qat-qat gənc rəqiblə döyüşə çox ciddi yanaşdığını və hazırlıq zamanı onun performansına mənfi təsir edəcək şeylərdən qaçdığını bildirib.

"İndi mən daha intizamlı həyat sürürəm. Altı həftədir ki, marixuana çəkmirəm və həmin müddətdə cinsi əlaqədə olmuram", - əfsanəvi boksçu deyib.

Az adam gözləyirdi ki, Mayk Tayson bu yaşında yenidən rinqə çıxmağa qərar verəcək. Son döyüşü 2020-ci ildə Roy Cons ilə heç-heçə başa çatan amerikalı boksçu, son üç döyüşündə Neyt Dias, Andre Auqusto və Rayan Burlandı məğlub edərək qalib gələn 27 yaşlı nüfuzlu şəxsin çağırışını qəbul edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2985
avatar

Oxşar yazılar