İlqar Məmmədov
13 may 2024 16:18 (UTC +04:00)

İlqar Məmmədov

İlqar Məmmədovdan AXCP üzvünə MARAQLI CAVAB

REAL partiyasının sədri İlqar Məmmədov bu il Milli Məclisə namizəd olacağının açıqladıqdan sonra sosial şəbəkələrdə bəzi partiyaların hədəfinə çevrilib.

Seçkilərə qatılmaq niyyətlərinin olmadığını açıqlayan AXCP üzvləri bu istəkdə olan bütün insanlara qarşı cəbhə açıblar. Bunu bir az aktiv olan sosial şəbəkə üzvləri asanlıqla görə bilir.  

Lent.az xəbər verir ki, adı çəkilən partiya nümayəndəsinin “seçkinin sadəcə adı olacaq özü yox”, “cəmiyyəti aldatmayın” kimi iddialı şərhlərinə İlqar Məmmədov onların uzun illərdi heç nəyə nail ola bilmədiklərinə işarə edərək ironiya ilə cavab verib: “Oturun, daha 31 il gözləyin”.

Onu da qeyd edək ki, AXCP üzvləri parlamentin növbəti seçkilərinə qatılmaq istəyənlərə qarşı çox aqressivlik nümayiş etdirilər. Hətta Facebook təmsilçiləri bu münasibəti anlamadıqlarının qeyd edirlər. Onlardan biri maraqlı bir münasibət bildirib ki, əgər insanları siyasi cəhətdən aktivləşdirmək istəyirsinizsə bunun yolu seçkidir:

“Məncə, cəmiyyəti ancaq seçki fonunda, seçkilər vasitəsilə aktivləşdirmək olar. Sizdən ağlabatan cavab gözləyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3786
avatar

Cavidan HUN

Oxşar yazılar