Dieqo Simeone La Liqanın  rekordçusu   oldu
13 may 2024 15:01 (UTC +04:00)

Dieqo Simeone La Liqanın rekordçusu oldu

İspaniya çempionatının 35-ci turunun oyununda "Atletiko" doğma meydanda "Selta"ya qalib gəlib (1:0).

Bu görüşdə yeganə qolu 84-cü dəqiqədə yarımmüdafiəçi Rodriqo de Paul vurub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Bu qələbə ilə "Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqada 976-cı xalını qazanaraq, yeni turnir rekordunu müəyyənləşdirib.

Əvvəllər məşqçilik karyerasının çox hissəsini “Atletiko”da keçirən Luis Araqonesə (973) məxsus idi.

Qeyd edək ki, İspaniyada qələbə üçün üç xal 1995-ci ildən verilir. Eyni zamanda, Araqonesin məşqçilik karyerasının böyük hissəsi qələbə üçün iki xalın verildiyi dövrə təsadüf edib.

La Liqada xal toplayan ilk beşlikdə "Atletik Bilbao"nun baş məşqçisi Ernesto Valverde (860) və "Betis"in baş məşqçisi Manuel Pelleqrini (814) qərarlaşıb.

Simeone 2011-ci ilin dekabrından "Atletiko"nu çalışdırır. Onun rəhbərliyi altında Madrid klubu La Liqada 475 oyun keçirib, 290 qələbə qazanıb, 106 heç-heçə edib, 79 dəfə məğlub olub. Simeone ilə birlikdə "Atletiko" iki dəfə (2014, 2021) İspaniya çempionu olub, iki dəfə gümüş və yeddi dəfə bürünc medal qazanıb.

“Atletiko” İspaniya çempionatının turnir cədvəlində üçüncü yerdə olan “Barselona”dan 3 xal geri qalaraq dördüncü yerdədir. Dieqo Simeonenin komandası növbəti oyununu mayın 15-də səfərdə “Xetafe”yə qarşı keçirəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2232
avatar

Oxşar yazılar