Pişik cinsləri üçün “ölüm cədvəli”
13 may 2024 18:52 (UTC +04:00)

Pişik cinsləri üçün “ölüm cədvəli”

Min illərdir pişiklər və insanlar yan-yana yaşayıblar və bu müddət ərzində pişiklər bir qədər uzaq, lakin eyni zamanda insanların gözəl dostları kimi şöhrət qazana biliblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni bir araşdırmada elm adamları ilk dəfə yoldaş pişiklər üçün müxtəlif cinslərdən olan ev heyvanlarının qalan ömrünü qiymətləndirən "həyat cədvəlləri" hazırlayıblar.

Tədqiqatda Londondakı Kral Baytarlıq Kollecindən (RVC) bir qrup Tayvanın Milli Chung Hsing Universitetinin tədqiqatçıları ilə birlikdə 2019-cu ilin yanvarından 2024-cü ilin martına qədər İngiltərədə ölən 7396 pişiyin qeydlərini təhlil edib.Tədqiqatçılar nəticələri cinsə görə qruplara bölüblər ki, bu da onlara "həyat cədvəlləri"ni yaratmağa imkan verib. İndi hər bir pişik sahibi sevimli ev heyvanı ilə nə qədər vaxt qaldığını nisbətən dəqiq müəyyən edə biləcək. Araşdırmanın nəticələri göstərir ki, britaniyalı yoldaş pişiklərin doğulduğu andan etibarən orta ömrü 11,7 ildir. Bundan əlavə, məlum olub ki, dişi pişiklər erkəklərdən 1,33 il daha çox yaşayırlar.

Araşdırmaya görə, birma cinsləri 14,4 il ən uzun ömür sürüblər, ikinci yerdə 11,9 il ilə melezlər, daha sonra isə 11,7 il siam pişikləri gəlir. Digər tərəfdən, sfenkslər ən qısa ömür sürüblər - cəmi 6,8 il.

Alimlər pişiklərin ömrünün qısalmasına da təsir edən bir neçə amili müəyyən edə biliblər: saf cins, heyvanda artıq çəki və həddindən artıq incəlik və ya çəki çatışmazlığı.

Tədqiqat müəllifləri hesab edirlər ki, onların "ölüm cədvəlləri" istənilən yaşda olan ev heyvanları üçün faydalı ola bilər. Onlar həmçinin potensial pişik sahiblərinə və ya rehoming mərkəzlərinə bir heyvanın nə qədər yaşaya biləcəyini proqnozlaşdırmağa, onlara qulluq və qayğı ilə bağlı məlumatlı qərarlar qəbul etməyə kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3033
avatar

Fidan İlqar

Oxşar yazılar