60 ildən sonra İLK DƏFƏ: “Bolonya” Çempionlar Liqasında  iştirak edəcək
13 may 2024 09:38 (UTC +04:00)

60 ildən sonra İLK DƏFƏ: “Bolonya” Çempionlar Liqasında iştirak edəcək

İtaliyanın "Bolonya" futbol klubu 60 ildən sonra ilk dəfə Çempionlar Liqasında iştirak edəcək.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, komanda 67 xalla A Seriyasının turnir cədvəlində üçüncü yerdədir və İtaliya çempionatının bitməsinə iki tur qalmış ən azı beşinci yeri təmin edib. 

“Bolonya” sonuncu dəfə 1964-cü ildə böyük avrokubok turnirində iştirak edib və ilkin mərhələdə Belçikanın “Anderlext”inə uduzub.

"Yuventus" da 2024/25 Çempionlar Liqasında da iştirakını təmin edib, “Bolonya” kimi turnir cədvəlində beşinci yerdən aşağı düşməyəcək. Bu, “Atalanta”nın 36-cı turda “Roma” üzərində qələbəsindən (2:1) sonra məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1788
avatar

Oxşar yazılar