2024-cü ilin ən sərfəli  Android telefonu açıqlandı
13 may 2024 17:13 (UTC +04:00)

2024-cü ilin ən sərfəli Android telefonu açıqlandı

Android telefonları ilə bağlı ən yaxşı şeylərdən biri büdcəyə uyğun geniş çeşidli cihazların olmasıdır. Ona görə də hazırda dünya üzərində də ən çox satılan telefonlar Android əsaslı olanlardır. 

Lent.az xəbər verir ki, “Engadget” texnologiya saytı 100 dollardan 429 dollara qədər olan qiymət aralığında ən yaxşı telefon seçimlərini tərtib edib. 

Bildirilir ki, ən yaxşı büdcə telefonu “OnePlus Nord N30” seçilib. Bu cihaz hazırda ən yaxşı qiymət-performans nisbətini təklif edir.

Telefonda 8 GB RAM, 108 meqapiksellik əsas sensor və büdcə telefonlarında nadir görülən 120 Hz displey ilə birləşdirilmiş güclü Snapdragon 695 prosessoru var. Smartfonun qiyməti 230 dollar təşkil edir. 

300 dollardan aşağı olan digər yaxşı smartfon isə “Samsung Galaxy A15”dir. “Nord N30”dan bir qədər yavaş 90Hz yeniləmə sürəti ilə 6,5 düymlük ekrana malikdir. Bununla belə, o, LCD displey əvəzinə OLED panelinə sahib olduğundan, demək olar ki, bütün rəqiblərindən daha yaxşı parlaqlıq və daha zəngin rənglərlə öyünə bilir.

Performans da əladır və smartfon 2028-ci ilə qədər yeniləmələr alacaq.

200 dollardan aşağı olan ən yaxşı smartfon  “Motorola Moto G Play-dir”. Bu pula alıcılar sürətli prosessor və 90 Hz tezliyə malik 6,5 düymlük IPS displeyli güzəştsiz smartfon əldə edəcəklər.

Təəccüblüdür ki, “G Play”in korpusu toza və suya davamlıdır. Bu isə 200 dollardan aşağı olan cihazlarda nadir hallarda rast gəlinən seçimdir.

Əlavə pulunuz varsa “Pixel 7A” smartfonu da yaxşı seçimlər arasındadır. Başlanğıc qiyməti 500 dollar olan büdcə cihazı adlandırmaq çətindir. Ancaq bu yaxınlarda onun qiyməti 420 dollara düşüb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3591
avatar

Sevinc Fərid

Oxşar yazılar