Scottish Fold pişiklərini sosiallaşdırmaq:  Adaptasiya üçün əsas məsləhətlər
13 may 2024 17:46 (UTC +04:00)

Scottish Fold pişiklərini sosiallaşdırmaq: Adaptasiya üçün əsas məsləhətlər

Scottish Fold pişikləri 1961-ci ildə “Cat Fancy” İdarəetmə Şurası tərəfindən Şotlandiya pişik cinsi olaraq qəbul edilmiş cinslərdən biridir. Mənzildə saxlanıla bilən ev heyvanları arasında populyarlığı onların mehriban, sakit xasiyyəti və qismən daha asan qulluq şərtləri ilə bağlıdır. Highland Fold kimi də tanınan bu cins ilk dəfə Şotlandiyanın Perthshire bölgəsindəki bir fermada doğulmuş “Susie” adlı bir pişiyin görünüşü ilə kəşf edilib. Bu cins yuvarlaq xətləri və orta ölçülü bədənləri ilə diqqət çəkir. Baş bədənə nisbətən daha kiçik görünsə də, ön və arxa ayaqların və quyruğunun digər pişik növlərindən daha qısa olduğunu demək olar. İrəli əyilmiş qulaqları ilə yanaşı, British Shorthair cinsinə çox bənzəyir. Genetik Avropa mənşəli pişik qruplarından biri olan British Shorthair onun əcdadlarından biri hesab olunur. 

Lent.az-ın bu bloqunda siz Scottish Fold pişiklərinin sosiallaşması və ev şəraitinə adaptasiya qaydalarını öyrənəcəksiniz. 

Scottish Foldu pişiklərini sosiallaşdırmaq üçün məsləhətlər

Scottish Foldu digər pişik və ya canlılarla ictimailəşdirmək üçün onları bir araya gətirmək kifayət deyil. Üstəlik, onları birbaşa bir yerə qoyub nəzarətsiz qoymaq tamamilə yanlışdır. Sosiallaşma zamanı ətrafda kimsə olmalıdır.

Scottish Fold pişikləri üçün sakit mühit

Sosiallaşma üçün sakit bir mühit vacibdir. Scottish Fold pişiklərinin ilk təcrübəsi və ilk təəssüratları son dərəcə önəmlidir. Buna görə də, Scottish Foldun ilk sosiallaşma təcrübəsinin bacardığınız qədər mükəmməl olmasını təmin etməlisiniz. Bunu etmək üçün ən asan üsul müsbət möhkəmləndirmədir. Pişiyinizi başqa bir insanla tanış edərkən, o, sakit bir mühitdə olmalıdır. Foldların özünü təhlükəsiz hiss etməsi üçün sakit bir mühit təmin edilməlidir. Bu arada pişiyinizə ən çox sevdiyi yeməyi vermək onu stressdən azad edəcək.

Scottish Fold üçün hədiyyələr

Hədiyyələrin itlərin təlim prosesində istifadə edildiyi bilinən bir şeydir. Həmçinin, pişiklərdə də bu variant işləyir. Pişikləri ictimailəşdirərkən şirniyyatlardan istifadə etmək çox vacibdir. Davranışı asanlıqla formalaşdırmaq üçün pişiyinizin sevimli yeməyini hazır saxlaya bilərsiniz. Evinizə gələn insanların pişiyinizlə yaxşı yola getməsini istəyirsinizsə, gələndə pişiyinizə hədiyyə və ya qida verməklərini xahiş edin. Bu, nəinki pişiyinizin dostlarınızla yaxşı yola getməsini təmin edir, həm də evə yad biri gələndə onun stressə düşməsinin və ya gizlənməsinin qarşısını alır. 

Scottish Fold üçün əyləncə təşkil etmək

Bir pişiyi ictimailəşdirmək və qonaqlıq vermək bir-birindən uzaq anlayışlar kimi görünsə də, elə deyil. Scottish Foldu yad birinin evə gəlməsinə alışdırdıqdan sonra evdə kiçik bir ziyafət təşkil edə bilərsiniz. Beləliklə, Scottish Foldlar izdihamlı mühitlərdən qorxmaması lazım olduğunu və belə vəziyyətlərdə qaçmamağı, aqressiv olmamağı başa düşəcək. 

Scottish Fold üçün məkan təmin etmək

Scottish Fold pişikləri öz məkanlarına sahib olmağı sevirlər. Onlar bu sahədə özlərini daha təhlükəsiz hiss edirlər. 

Scottish Foldun adaptasiya mərhələləri  

Scottish Fold yüksək intellektə malik və oynamağa meylli pişiklərdir. Sahiblərinə asanlıqla alışan bu heyvanlar fiziki fəaliyyətlə çox məşğul olmurlar. Asanlıqla tualet vərdişlərinə yiyələnmələri bir yana, təkmil təlim tələb edən çox yaramaz vərdişləri də yoxdur. İstəmədiyiniz davranışı çox sərt etmədən rəftar və ardıcıl davranışlardan istifadə edərək qarşısını ala bilərsiniz və qavrayış qabiliyyəti olduqca həssas olduğu üçün əmrlər verərək asanlıqla istiqamətləndirə bilərsiniz.
 
Scottish Foldun qidalanma planlaması 

Balalıq və inkişaf dövründə onlar keyfiyyətli, zəngin məhsullarla qidalanmalıdırlar. Yetkinlik dövrünə gəldikdə, oynaq narahatlığının qarşısını almaq üçün çəki nəzarətinə uyğun qidalara üstünlük verilməlidir. Piylənməyə və tənbəlliyə meylli sevimli dostunuzu porsiyalarına diqqət edərək, tərkibində aşağı glisemik indeksli karbohidratlar olan taxıllı qidalar və yüksək proteinli qidalarla bəsləyə bilərsiniz. Bundan əlavə, su istehlakı bütün pişiklər üçün ümumi əhəmiyyət kəsb etdiyi üçün onların kifayət qədər su içdiklərinə əmin olmaq lazımdır.

Bəs, Scottish Fold pişiklərinin qiyməti nə qədərdir? 

Scottish Fold pişiklərinin qiyməti 50-400 manat arasında dəyişir. Onların qiymətləri yaş, rəng və baxımlarından asılı olaraq dəyişir. 

Scottish Fold pişiklərini evdə saxlamaq olarmı?

Yuxarıda da qeyd etdiyimiz kimi Scottish Fold sosial xarakterli olduğuna görə mənzildə saxlana biləcək ən yaxşı pişik növlərindəndir. Onlar insanlarla, pişiklərlə və itlərlə yaxşı anlaşa bilir. Xüsusilə birlikdə yaşadıqları insanlara qarşı güclü sevgiləri var. Onlarla vaxt keçirməkdən zövq alsalar da, tələbkar deyillər. Çox vaxt insanların olduğu yerdə durmaq belə onlar üçün kifayət edər. Scottish Foldlar uşaqlı ailələrin həyatına da uğurla adaptasiya olurlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2598
avatar

Sevinc Fərid

Oxşar yazılar

Pişiklər və sahibləri arasında bilinməyən Faktlar

Pişiklər və sahibləri arasında bilinməyən Faktlar

26 noyabr 2024 , 10:40
Pişiklər və itlər dost ola bilərmi?

Pişiklər və itlər dost ola bilərmi?

26 noyabr 2024 , 09:48
Dovşanlara düzgün qulluq  etməyin yolları

Dovşanlara düzgün qulluq etməyin yolları

25 noyabr 2024 , 09:42
Pişiklər və sahibləri arasında bilinməyən Faktlar

Pişiklər və sahibləri arasında bilinməyən Faktlar

23 noyabr 2024 , 18:15
İtlər öz balalarına necə tərbiyə verir?

İtlər öz balalarına necə tərbiyə verir?

22 noyabr 2024 , 11:58
Doberman itlərinə  necə rahat həyat yaşada bilərik?

Doberman itlərinə necə rahat həyat yaşada bilərik?

21 noyabr 2024 , 11:32
Sahibini dişləyən pişik evtanaziya  olundu

Sahibini dişləyən pişik evtanaziya olundu

20 noyabr 2024 , 16:34
Pişiklərə hamiləlik dövrü  qulluq

Pişiklərə hamiləlik dövrü qulluq

19 noyabr 2024 , 13:03