“Azəryol” voleybol klubunun idman bazasında jurnalistlərin mükafatlandırma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, “Azəryol” komandasının 2014-2015 mövsümünün açılış mərasimi ilə bağlı internet saytları, televiziyalar və qəzetlərdə geniş və ətraflı məqalələr yazılıb 20-yə yaxın saytda, 7 televiziya kanalında və 10-a yaxın qəzetdə yazılan yazılar arasında ən maraqlı və geniş yazılan 3 yazı seçilib.
Öncədən deyildiyi kimi I yerin sahibinə “Planşet”, komandanın aksesuarları və klubun oyunçularının imzası olan voleybol topu təqdim edilib. II yerə “Azəryol” klubunun maykası, oyunçuların imzası olan top və klub aksesuarları verilib. III yerin sahibinə isə oyunçuların imzası olan top, klub aksesuarları və idman forması təqdim olunub.
I yerin sahibi sırf idman saytı olmasa da, açılış mərasimini geniş işıqlandıran Trend agentliyi olub.