İnyesta, Messi, Abışov Foqtsun siyahısında
17 dekabr 2012 15:26 (UTC +04:00)

İnyesta, Messi, Abışov Foqtsun siyahısında

Foqts dünyanın və Azərbaycanın ən yaxşı 3 futbolçusunu açıqladı

 

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts 2012-ci ildə dünyanın və Azərbaycanın ən yaxşı 3 futbolçusunu açıqlayıb. Almaniyalı mütəxəssis Lent.az-a bildirib ki, FİFA-nın keçirdiyi sorğuda 1-ci pilləyə İspaniya milli komandasının və “Barselona” klubunun yarımmüdafiəçisi Andreas İnyestanı layiq görüb.

 

İnyestanın həmklubu, Argentina millisinin hücumçusu Lionel Messi ikinci, Portuqaliya yığması və İspaniyanın “Real Madrid” klubunun oyunçusu Kriştianu Ronaldu isə üçüncü pillədə göstərilib.

 

Foqts Azərbaycan millisində isə ən yaxşı oyunçu qismində “Xəzər Lənkəran”ın müdafiəçisi Ruslan Abışovu fərqləndirib. O, sonrakı iki pilləyə isə “Qarabağ”ın oyunçularından hücumçu Rauf Əliyev və müdafiəçi Maksim Medvedevi qoyub.

 

Qeyd edək ki, yığmamızın ən yaxşı futbolçusu Ruslan Abışov sayılıb. Dünyanın ən yaxşı oyunçusunun adını isə FİFA gələn ay açıqlayacaq.

 

 

# 1224
avatar

Oxşar yazılar

Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57