22 yaşında 610 kiloqram ağırlığında:   Dünyanın ən ağır adamının hekayəsi
01 may 2024 16:56 (UTC +04:00)

22 yaşında 610 kiloqram ağırlığında: Dünyanın ən ağır adamının hekayəsi

2013-cü ildə Səudiyyə Ərəbistanından olan Xalid ibn Muhsen Şaari Ginnesin Rekordlar Kitabına planetin ən ağır insanı kimi düşüb. Həmin vaxt gəncin 22 yaşı, çəkisi 610 kiloqram olub. Ciddi sağlamlıq problemləri var idi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra Səudiyyə Ərəbistanı kralı Abdullah gəncə diqqət yetirib və onun səhhəti ilə şəxsən məşğul olmaq qərarına gəlib. 

Həmin vaxt Xalid iki il idi ki, evdən çıxmamışdı və yataq xəstəsi idi. Abdullahın əmri ilə Xalidin yanına xüsusi bir təyyarə göndərilib və bu təyyarənin pulu padşah tərəfindən ödənilib. Hökmdar həmçinin Şaarinin müalicəsi və sonrakı reabilitasiyası ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.

Oğlanı "ev dustaqlığı"ndan azad etmək üçün o, qapıdan keçə bilmədiyinə görə divarı yıxmalı olublar. Daha sonra Xalidin daşınması üçün ABŞ-dan xüsusi çarpayı və kran gətirilib. Tibb müəssisəsində Xalid bir neçə əməliyyat keçirib: mədəsinin rezeksiyası edilib və qarnında təxminən 80 kiloqram ağırlığında olan piyləri çıxarıb.

Sağaldıqdan sonra kişi uzun müddət ərzində ilk dəfə gəzinti vasitəsi ilə müstəqil hərəkət edə bilib və o, xüsusi yaradılmış əlil arabasından istifadə edərək evdən çıxıb.

Xalidin ətrafında cərəyan edən əsl xilasetmə əməliyyatında iştirak edən həkimlərin dediyinə görə, o, cərrahi müdaxilə olmadan ölə bilərdi. Altı ay ərzində gənc rekord çəkisinin yarısından çoxunu itirib. Artıq dərini çıxarmaq üçün əlavə əməliyyatlar aparılıb.

Onun xilasına çevrilən əməliyyatdan üç il sonra Şaari müstəqil yeriməyi öyrənib. O, sonuncu dəfə 2018-ci ildə əməliyyat olunub, bu, növbəti plastik əməliyyat olub.

Bir çox kilolu məşhurlardan fərqli olaraq, Xalid internetdə şöhrət axtarmır. Sonuncu dəfə media oğlanın 70 kiloqrama qədər arıqladığını və normal bir həyat sürdüyünü öyrənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3342
avatar

Fidan İlqar

Oxşar yazılar