Azərbaycan karateçiləri 2014-cü ilin ilk beynəlxalq turnirində 3 medal qazanıblar. Milli Karate Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, la dönürlər. Fransa paytaxtında keçirilmiş “Paris Open” turnirində Niyazi Əliyev (67 kq), Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (+84 kq) bürünc medala sahib olublar.
Ümumi komanda hesabında ölkəmiz 16-cı yeri tutub. Millimizin lideri Rafael Ağayev dizindən əməliyyat olunduğundan, Şahin Atamov isə məşqçilər tərəfindən istirahət verildiyi üçün turnirə qatılmayıb. Yarışda 58 ölkədən 770 idmançı iştirak edib.