<b>Gözlər Madriddə:</b> 182-ci “El-Klasiko”da kim qalib gələcək?
25 oktyabr 2014 10:40 (UTC +04:00)

Gözlər Madriddə: 182-ci “El-Klasiko”da kim qalib gələcək?

Bu gün futbol azarkeşlərinin həsrətlə gözlədiyi növbəti “El-Klasiko”, yəni “Real” – “Barselona” dueli baş tutacaq. Lent.az-ın məlumatına görə, əzəli rəqiblər 182-ci dəfə rəsmi oyunda üz-üzə gələcəklər. Qeyd edək ki, bu vaxta qədər keçirilən rəsmi görüşlərdə madridlilər 91, kataloniyalılar isə 90 dəfə qələbə qazanıb. Budəfəki “El-Klasiko” öncəsi komandaların düşərgəsində vəziyyət fərqlidir. “Barselona”nın baş məşqçisi Luis Enrike cəza müddəti başa çatan Luis Suaresi bu görüşdə oynadacağına dair söz verib. Bundan əlavə, komandanın aparıcı oyunçularından olan Serxio Buskets zədəsini sağaldıb. “Real”da isə Qaret Beyl və Serxio Ramosun “El-Klasiko”da iştirakı sual altındadır.

Qeyd edək ki, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək “Real” – “Barselona” matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1016

Oxşar yazılar