Gəncədə daha bir futbol klubu fəaliyyətini bərpa edir
09 sentyabr 2013 15:49 (UTC +04:00)

Gəncədə daha bir futbol klubu fəaliyyətini bərpa edir

“Tərəqqi” Peşəkar Futbol Klubu fəaliyyətinə xitam verməyib. Bu barədə Lent.az-a klubun prezidenti Musa Abdullayev məlumat verib.

 

O bildirib ki, əsası 2011-ci ildə qoyulan komanda ev oyunlarının keçirilməsi və normal məşq etmək üçün stadionun olmaması, bu problemin aradan qaldırılması istiqamətində atdıqları addımların heç bir nəticə verməməsi səbəbindən 2013-2014-cü il Azərbaycan I divizionuna qatıla bilməyib. M. Abdullayevin sözlərinə görə, klubun sponsoru olan Naxçıvan Avtomobil Zavodu komandanı maliyyələşdirməkdə davam etmək niyyətindədir və bu istiqamətdə işlər gedir: “Ötən mövsüm AFFA və Peşəkar Futbol Liqasının Gəncə stadionunun oyunların keçirilməsi üçün yarasız olması ilə bağlı məlum qərarından sonra komanda qalan oyunlarını Şəmkirdə keçirmək məcburiyyətində qaldı. Futbolun Gəncə azarkeşləri üçün vacib olduğunu və “Tərəqqi”nin də öz doğma şəhərində oynaya bilməməsini nəzərə alaraq, komandanın fəaliyyətində müəyyən müddətə fasilə vermək barədə qərar qəbul etdik. Ona görə də bu il I diviziona qatılmadıq. Hazırda klub olaraq regionlarda olan stadionlarla danışıqlar aparırıq və hesab edirəm ki, yaxın vaxtlarda müsbət bir nəticə əldə edərək məşqlərimizi bərpa edəcəyik”.

 

Klub prezidenti əlavə edib ki, hazırda komandanın komplektləşdirilməsi istiqamətində işlər davam edir: “Növbəti mövsümə yaxşı hazırlaşmaq və səviyyəli bir komanda formalaşdırmaq üçün səylərimizi davam etdiririk. Baş məşqçi və futbolçularla danışıqlar aparırıq. Klubun sponsoru Gəncə futbolu adından çempionatda peşəkar səviyyədə çıxış edə biləcək bir komanda qurmaq niyyətindədir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar