Faiq Qarayevin səhhətində ciddi problem yarandı - EKSKLÜZİV
09 sentyabr 2013 13:05 (UTC +04:00)

Faiq Qarayevin səhhətində ciddi problem yarandı - EKSKLÜZİV

Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandasının baş məşqçisi Faiq Qarayevin səhhətində ciddi problem yaranıb. Bu haqda Lent.az-a təcrübəli mütəxəssisin dostu, voleybol meneceri Tunc Afşar məlumat verib.

 

Onun sözlərinə görə, yığmamız Avropa çempionatında olduğu vaxt Qarayevin ayaq damarlarında tıxanma meydana gəlib. Nəticədə baş məşqçinin ürəyinə qan nəqli çətinləşib. Bu səbəbdən, almaniyalı həkimlər onun təyyarəyə minməsinə qadağa qoyub.

 

Afşar bildirib ki, əvvəllər də Qarayevin səhhətində analoji hal müşahidə olunub. Amma bu dəfə problem daha ciddi formada özünü büruzə verib. Baş məşqçinin Almaniyada qalaraq müalicə olunacağını bildirən dostu onun damarına stend qoyulacağını da istisna etməyib. Bununla belə, Afşar Qarayevin səhhəti və millimizin Avropa çempionatındakı uğursuzluğu ilə əlaqədar istefa verməsinə dair xəbərləri təkzib edib.  

 

Qeyd edək ki, Azərbaycan yığması bu axşam Berlin – İstanbul – Bakı reysi ilə Vətənə dönəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1686

Oxşar yazılar