“Mançester Yunayted”in əfsanəvi futbolçusu Rayan Giqqz açıqlama verib. Lent.az-ın məlumatına görə, “Barselona”nın kapitanı Xavi Ernandes haqda danışan Giqqz onu tərifləyib. Qeyd edək ki, sabiq “11 nömrə” Xavi ilə birlikdə Çempionlar Liqasında 151 oyun keçirməklə rekord göstəriciyə sahibdir. Giqqz bununla bağlı da fikirlərini bölüşüb: “Rekordu paylaşmaq yaxşı hiss deyil. Amma onu paylaşdığın futbolçu Xavidirsə, bundan yalnız məmnun ola bilərəm. Xavi mənə şahmatçını xatırladır. O, həmişə həmkarlarını 1-2 addım qabaqlayır. Mən Xavini “Barselona” tarixinin ən dahi futbolçularından sayıram. Ona qarşı çox oynamışam. Xavinin topu özündə saxlamaq bacarığı məni həmişə təəccübləndirib. Ötürmələrindən hiss olunur ki, ideal qərar qəbul edir. Oyun tərzinə görə Pol Skoulza da bənzəyir”.

Oxşar yazılar

"Fluminense" dünya çempionatında yarımfinala çıxdı
5 iyul 2025 , 01:56
"Çelsi" külli miqdarda cərimələndi
4 iyul 2025 , 23:23
Ruzanna Məmmədova Avropa çempionu oldu
4 iyul 2025 , 22:33
Dünyanın ən seksual voleybolçusu – Açıq-saçıq çimərlik geyimində
4 iyul 2025 , 19:59
"Borussiya"nın futbolçusu sərxoş videosuna görə komandadan uzaqlaşdırıldı
4 iyul 2025 , 18:41
Ulduz hücumçu Səudiyyə klublarının təkliflərini rədd etdi
4 iyul 2025 , 16:56
Türkiyə Super Liqasının 2025-2026 mövsümünün püşkatmasi: Derbi tarixləri
4 iyul 2025 , 16:43