Dünya çempionatının daha bir finalçısı məlum oldu
19 dekabr 2013 10:46 (UTC +04:00)

Dünya çempionatının daha bir finalçısı məlum oldu

Mərakeşdə keçirilən klublararası dünya çempionatında finalçılar müəyyənləşib. Lent.az-ın məlumatına görə, ikinci yarımfinal matçında yerli “Raca Kasablanka” komandası Braziliyanın “Atletiko Mineyro” klubunu yenməyi bacarıb – 3:1.

 

Bütün qollar fasilədən sonra vurulub. 64-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Muhsin Yajur hesabı açıb. 13 dəqiqə sonra Ronaldinyo bərabərlik qolunu vurub. “Raca”ya qələbə gətirən qolların müəllifləri isə 84-cü dəqiqədə Mosin Mutuali və 90+4-cü dəqiqədə Vivyen Mabide olub.

 

Beləliklə, dekabrın 21-də keçiriləcək həlledici qarşılaşmada “Raca Kasablanka” Almaniya “Bavariya”sı ilə üz-üzə gələcək. “Bavariya” yarımfinalda Çinin “Quançjou” komandasını məğlub edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 912

Oxşar yazılar