Azərbaycanda futbol ailəsinin 55555-ci üzvü - FOTO
08 yanvar 2014 18:10 (UTC +04:00)

Azərbaycanda futbol ailəsinin 55555-ci üzvü - FOTO

0

AFFA tərəfindən yaradılan futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilər üçün yaratdığı qeydiyyat sistemində 55 555-ci şəxs qeydiyyatdan keçib. Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin şəxs 28 fevral 2004-cü il təvəllüdlü Fətullayev Rəsul Rəfail oğludur.

 

O, AFFA ilə “Bakcell”in birgə həyata keçirdiyi "Futbol Bakcell ilə" layihəsinin iştirakçısıdır. Rəsul layihə çərçivəsində Yasamal rayonundakı Süleyman Dadaşov küçəsi, 577-ci məhəllədə AFFA-nın inşa etdiyi meydançada məşq edir. 

 

Qeyd edək ki, futbolla məşğul olan şəxslərin qeydiyyat sistemi 2009-cu ilin yanvarından yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1130

Oxşar yazılar