Azərbaycan kubokunun 2013/2014-cü il mövsümünün püşkü oktyabrın 8-də atılacaq. Lent.az-ın məlumatına görə, tədbir oktyabrın 8-də AFFA-nın inzibati binasında baş tutacaq.
Püşkatma Topaz Premyer Liqası və I divizion təmsilçiləri arasında təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunda mübarizəyə oktyabrın 22-də start veriləcək.