Millət vəkili, yazıçı Aqil Abbas “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində səfərdə “Dnepr”i udduğu oyundan danışıb. Lent.az-ın ölkə.az-a istinadən verdiyi məlumata görə, Ağdam klubunun ən tanınmış azarkeşlərindən olan A. Abbas braziliyalı futbolçu Riçard Almeydanı tənqid edib: “Hamı praqnoz vermişdi ki, "Qarabağ" qalib gələcək, mən də inanırdım qalib gələcəyinə. Riçard Almeyda bizdən oynasaydı, bir neçə qol vura bilərdik. Doğrudan deyirəm, bu adam aldığı topları itkiyə verirdi. Biz 10 nəfərlə oynayırdıq, onlar 12 nəfərlə. Bununla belə, biz qalib gəldik. Almeyda da bizdən oynasaydı, daha çox top vurardıq. Düzdür, deyirlər, qaliblər mühakimə olunmur, ancaq hərdən etmək lazımdır”.