"Rəvan" klubunun çalışdırıcısı Şahin Diniyevlə bərabər məşqçilər korpusu da istefa verib.
Lent.az-ın məlumatına görə, bu barədə qol.az-a açıqlamasında "Rəvan"ın sabiq baş məşqçisi Şahin Diniyev məlumat verib.
Ş.Diniyevin sözlərinə görə, özü ilə yanaşı, köməkçiləri Nazim Əliyev və Xaliq Mərdanov da komandadan ayrılıb.
Qeyd edək ki, bundan sonra "Rəvan" klubunu türkiyəli mütəxəssis Güvənç Kurtar çalışdıracaq.