“Qarabağ”ın ən yaxşısı Vüqar Nadirov seçildi
28 dekabr 2012 18:57 (UTC +04:00)

“Qarabağ”ın ən yaxşısı Vüqar Nadirov seçildi

“Qarabağ” klubunda 2012-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Lent.az-ın məlumatına görə, klubun idarə, texniki və inzibati heyəti arasında aparılmış sorğu nəticəsində Vüqar Nadirov hamını qabaqlayıb.

 

Sorğuda mövsümün ilk yarısında meydana çıxan 25 futbolçunun seçilmək imkanı olub. Onlar 25 ballıq şkala ilə qiymətləndiriliblər. Klubun direktoru Emrah Çelikel və baş məşqçi Qurban Qurbanovun da qatıldığı sorğuda ilk pillənin sahibi gərgin mübarizə nəticəsində qələbə qazanıb. Ötən ilin qalibi Admir Teli və ilin 2-ci yarısında sürət yığan Vüqar Nadirov arasında gərgin mübarizə sonuncunun minimal hesablı qələbəsi ilə sonuclanıb. Ötən il bütün oyunlarda əvəzlənmədən meydanda olan albaniyalı stopper “Neftçi” və “Xəzər-Lənkəran”la matçlarda vurduğu gözəl qollarla qələbə gətirən sağ cinah vingerinə məğlub olub. 3-cü yeri isə yayda “Qarabağ”a transfer olunmuş Riçard Almeyda tutub. 4-cü yerdə Ansi Aqolli, 5-ci yerdə Qara Qarayev qərarlaşıb.

# 875
avatar

Oxşar yazılar