“Neftçi” Qələbə günündə çempionluq gözləyir
06 may 2013 14:23 (UTC +04:00)

“Neftçi” Qələbə günündə çempionluq gözləyir

Futbol üzrə Topaz Premyer Liqasında 30-cu turun oyun cədvəli açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “Neftçi” klubu ardıcıl 3-cü Azərbaycan çempionluğunu 9 may Qələbə günündə rəsmiləşdirə bilər.

 

Bunun üçün flaqmana “Simurq”la evdə keçirəcəyi görüşdə qələbə, ikinci pillədəki “Qarabağ”ın isə “İnter”lə matçda xal itirməsi kifayətdir. Hazırda “Neftçi” ən yaxın izləyicisini 6 xal qabaqlayır.

  

8 may (çərşənbə)

18:00. “Kəpəz” (Gəncə) – “Rəvan” (Bakı)
Bakı, “Dalğa Arena”

 

18:00. AZAL (Bakı) – “Sumqayıt”
Bakı, “AZAL Arena”

 

19:00. “Xəzər Lənkəran” – “Turan” (Tovuz)
Lənkəran şəhər mərkəzi stadionu

 

9 may (cümə axşamı)

17:00. “Bakı” – “Qəbələ”
“Bakı” klubunun təlim-məşq bazasının stadionu

 

21:00. “Neftçi” (Bakı) – “Simurq” (Zaqatala)
Bakcell Arena”

 

19:00. “İnter” (Bakı) – “Qarabağ” (Ağdam)
Bakı, “Şəfa” stadionu.

 

# 896
avatar

Oxşar yazılar