“İnter”in sabiq futbolçusu rəsmən “Sumqayıt”da
26 dekabr 2013 18:25 (UTC +04:00)

“İnter”in sabiq futbolçusu rəsmən “Sumqayıt”da

0

"Sumqayıt" futbol klubu qış transfer çalışmalarına start verib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Topaz Premyer Liqasının autsayderi Ramil Mansurovu heyətinə qatıb.

 

Bakı “İnter”inin sabiq hücumçusu ilə 2 illik müqavilə imzalanıb.

  

Qeyd edək ki, 20 yaşlı Ramil Mansurov paytaxt klubunun əvəzedici heyətində 2 mövsüm ən sərrast futbolçu olub və ümumilikdə 50-dən artıq qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 791

Oxşar yazılar