“İnter”in prezidenti: “Çempionluğumuz real deyil”
10 yanvar 2014 10:59 (UTC +04:00)

“İnter”in prezidenti: “Çempionluğumuz real deyil”

0

Bakının “İnter” klubu 2013-2014-cü il mövsümü üçün məqsədini müəyyənləşdirib. Klub prezidenti Georgi Nikolov Lent.az-a açıqlamasında Avropa Liqasına vəsiqəni hədəflədiklərini bildirib.

 

Onun sözlərinə görə, çempionluq indiki məqamda real görünmür: “Mövsümün əvvəllərində çoxlu xal itirdik. Sonradan vəziyyət yaxşılığa doğru dəyişsə də, hazırda liderdən 9 xal geri qalırıq. Deyirlər, ümid sonda ölür. Bəxt də üzümüzə gülsə, çempion ola bilərik. Amma indiki məqamda bu, bir qədər real görünmür. Əsas hədəfimiz Avropa Liqasına vəsiqədir”.

 

Nikolov hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplantısında olan “İnter”in yaxın günlərdə heyətini gücləndirəcəyini də açıqlayıb. Lakin o, heyətə maksimum 3 futbolçunun cəlb olunacağını deyib: “Daha çox müdafiə və hücum xəttini gücləndirməyi düşünürük”.

 

Qeyd edək ki, Topaz Premyer Liqasında ilk 2 dövrədən sonra “İnter” 27 xalla 4-cü pillədə qərarlaşıb. 1-ci pillədə isə 36 xalla “Qarabağ” yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 557

Oxşar yazılar